Martın 17-də işğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Edilli və Düdükçü kəndlərində olublar.
APA-nın məlumatına görə, onlar kəndlərin hazırkı vəziyyəti ilə tanış olub, ermənilərin törətdikləri saxtakarlıq və vandalizmlə şahidlik ediblər.
Qeyd edək ki, Qarabağ silsiləsinin ətəyində yerləşən Edilli və Düdükçü kəndləri 1992-ci il oktyabrın 2-də işğal edilib, 2020-ci il oktyabrın 15-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Xatırladaq ki, prezident İlham Əliyev martın 15-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Edilli və Düdükçü kəndlərində də olub.