Rəhman Şahhüseynli
31 yanvar 2025 15:00 (UTC +04:00)

Rəhman Şahhüseynli

İşdən çıxarılan diplomat nazir müavini ilə görüşdü: "Mənə təzyiq edirlər"

Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi Rəhman Şahhüseynli haqqında yazılanlara münasibət bildirib.

Bu barədə Lent.az-a danışan keçmiş diplomat qeyd edib ki, bütün bu baş verənlər, illərdir onunla yaşayan və ciddi səbəblərdən dolayı qarşı tərəfə getməkdən qətiyyətlə imtina edən bir uşağa görədir:

"Məsələnin mahiyyəti ailə-məişət və uşaq mövzusu olduğu üçün detallara girmək istəmirəm. Media nümayəndələrini də bu tip xəbərlərə həssas yanaşmağa, paylaşmamağa çağırıram.

Qısaca deyim ki, keçmiş qohumlarım müxtəlif yollarala mənə təzyiq edərək, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər. Vaxtılə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra İdarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır.

Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılıb, bəziləri tənbeh olunub. Səlahiyyətindən sui-istifadə edərək, qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmuruları ilə bağlı, 10 gün əvvəl ədliyyə nazirinin müavini cənab Mübariz Əhmədovun vətəndaş qəbulunda olaraq, məsələni çılpaqlığı ilə sənəd və sübutlara diqqətə çatdırmışam. Mənə verilən məlumata görə, həmin məmurlar barəsində xidməti araşdırma başlanıb.

Bu tip xəbərlərin hansı məkrli niyyətlə və kimlər tərəfindən mediaya sızdırıldığını təxmin etmək üçün fəlsəfə-doktoru dərəcəsinə ehtiyac yoxdur. Bu qədərini də media nümayəndələrinə buraxıram.

Hər şey balalar üçün! Allah bütün balaları qorusun!" 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994

Oxşar yazılar