İlham Əliyev Putinlə Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə etdi
19 may 2021 21:02 (UTC +04:00)

İlham Əliyev Putinlə Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə etdi

Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Lent.az xəbər verir ki, telefon danışığında 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib.

Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə, nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Oxşar yazılar