Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə "Bizim.media"ya Zoya Eldarovanın özü məlumat verib.
O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.
Məlumata görə, Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.
Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.