Hüquq-müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və birinci xanıma təşəkkür etdi
26 fevral 2025 16:41 (UTC +04:00)

Hüquq-müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və birinci xanıma təşəkkür etdi

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı jurnalist Şahnaz Bəylərqızı ilə bağlı verilən qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Lent.az xəbər verir ki, bu barədə hüquq müdafiəçilərinin müraciətində bildirilib.

“Jurnalist Şahnaz Bəylərqızının sağlamlığını nəzərə alaraq ev dustaqligina buraxilmasi xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk”.

Hüquq müdafiəçiləri fəaliyyətində daima konstruktiv dialoqun tərəfdarı olduqlarını, bundan sonra da bu yöndə fəaliyyətlərində əllərindən gələni edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı fevralın 8-də Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər.

Onlar səhhəti ilə bağlı jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş etmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar