Hökumət yeni tərkib formalaşanadək səlahiyyətlərini icra edəcək - SƏRƏNCAM
14 fevral 2024 15:12 (UTC +04:00)

Hökumət yeni tərkib formalaşanadək səlahiyyətlərini icra edəcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında” sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, sərəncama əsasən, Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsi ilə əlaqədar Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5418
avatar

Oxşar yazılar