Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Lent.az xəbər verir ki, dövlət rəsmisi özünün "Tvitter" hesabında etdiyi paylaşımda 29 il əvvəl Xocalıda soyqırımında həlak olan 5 yaşlı naməlum qızdan bəhs edib:
"Xocalı qətliamında şəhid olan 5 yaşlı naməlum azərbaycanlı qız. Adı məlum deyil, amma bütün Azərbaycan onun haqqında bilir və xatırlayır".