Hərbi attaşelər düşmənin təxribatı barədə məlumatlandırıldı - VİDEO
27 may 2021 19:23 (UTC +04:00)

Hərbi attaşelər düşmənin təxribatı barədə məlumatlandırıldı - VİDEO

Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün brifinq təşkil olunub.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, brifinqdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 27-si saat 03 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti, diversiya qruplarının dövlət sərhədimizi keçməsi, ərazilərimizin daxilində minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərməsi barədə qonaqlara ətraflı məlumat verib.

General-mayor H.Mahmudov qeyd edib ki, dövlət sərhədindəki insidentlə əlaqədar Azərbaycan tərəfi ictimaiyyəti dərhal və obyektiv məlumatlandırıb. Azərbaycandan fərqli olaraq Ermənistan isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti məsələnin həqiqi mahiyyətindən yayındırmaq üçün bir-birini təkzib edən dezinformasiyalar yaymaqla məşğul olub.

“Xüsusi qeyd edim ki, Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb və Azərbaycanın suveren sərhədləri çərçivəsində baş verib. Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginlik yalnız danışıqlar yolu, sərhədin delimitasiya və demarkasiyası aparılmaqla həll olunmalıdır”, - deyə general-mayor H.Mahmudov bildirib.

Sonda general-mayor H.Mahmudov qonaqları maraqlandıran sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Oxşar yazılar