Hər şey Azərbaycan naminə -  ŞƏRH
22 fevral 2022 10:45 (UTC +04:00)

Hər şey Azərbaycan naminə - ŞƏRH

Əslində, Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanan səfərdir. 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalandı. Oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilir. 
Buna görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil. Bu sənəd həm də Ermənistana böyük zərbə olacaq.

Adətən bu cür məqamlarda tərəflər üzərlərinə öhdəliklər götürürlər, bir birinin daxili işlərinə qarışmırlar, təhlükə zamanı dəstək verirlər. 

Yeri gəlmişkən,  Ermənistan KTMT-də üzvlük, Rusiya ilə müttəfiqlik münasibətlərindən geniş yararlanmağa çalışdı. Amma indi bu müqavilə onu bu imkandan da  tamam məhrum edir. 

Həm də, Azərbaycan Qoşulmama Hərəkatının üzvü və sədridir. Heç bir qütbdə heç bir qütbə qarşı təmsil olunmur və bundan sonra da olunmayacaq. Ölkənin müstəqil siyasəti var. Əminliklə demək olar ki, Türkiyə ilə Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz üçün bu çox əlverişli məqamdır. 

Ekspertlərin fikrincə, bu gün baş verənlər ölkəmizin uzun illərdən bəri yürütdüyü siyasətin nə qədər dəqiq, praqmatik olduğunu, milli maraqlara xidmət etdiyini sübuta yetirir. Bizim üçün önəmli olan dövlətimizin ərazi bütövlüyünün təmin olunması, sərhədlərinin toxunulmazlığı, suverenliyi və təhlükəsizliyidir. Politoloq Elçin Mirzəbəylinin fikrincə, Azərbaycan Türkiyə ilə “Şuşa bəyannaməsi”ni imzalamaqla, dünyanın ən güclü ordularından birinə sahib olan qardaş ölkəylə münasibətlərini strateji müttəfiqlik müstəvisinə daşımaqla təhlükəsizliyinə çox ciddi təminat alıb. “İndi bu təminat Rusiya ilə imzalanacaq strateji müttəfiqlik haqqında bəyannamə ilə daha da möhkəmlənəcək. Gününü siyasi “ulduz falı” ilə keçirənlərdən, yaxud NED, NDİ və Soros kimi cəsus şəbəkələrinin muzdlu qaraqışqırıqçılarından fərqli olaraq, Rusiya ilə imzalanacaq strateji müttəfiqlik haqqında bəyannamənin ölkəmiz üçün olduca mühüm əhəmiyyət daşıyacağını düşünürəm. Digər tərəfdən, Rusiya ilə strateji müttəfiqliyin Bakı-Ankara, Bakı-Moskva və Ankara-Moskva münasibətlərinin inkişafına təkan verəcəyini, həmçinin yeni Avrasiyanın gələcəyi üçün taleyüklü əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Rusiya geosiyasi oxunun reallığa çevirləcəyinə zəmin yaradacağını düşünürəm”.
Adətən bu tipli sənədlər bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyir. Kiməsə üstünlük verilmir”. 

Necə deyərlər, hər şey Azərbaycan naminə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar