Kamran Əliyev
20 yanvar 2022 11:16 (UTC +04:00)

Kamran Əliyev

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz" - Kamran Əliyev

“Tərtər işi" ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdə siyasi məqsəd güdə bilməz”.

Lent.az APA-ya istinad'n xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev bildirib.

O qeyd edib ki, istintaq qıza müddətdə aparıla bilməz: “Bütün sübutlar tədqiq olunmalıdır”. 

Baş prokuror “Tərtər işi” ilə intensiv istintaq işlərinin aparıldığını bildirib:

“Mən bir dəfə də demişəm, təəssüf ki, həmin vaxt bəzi mətbuat orqanlar mən demədiyim sözləri başqa şəkildə işıqlandırmışdı. Bir daha deyirəm, mənim “Tərtər işi” ilə bağlı bir mesajım var - heç kim bu işdən siyasi məqsəd üçün istifadə edə bilməz və bu, yolverilməzdir. Bu, qanunla qəti qadağandır. Tərtər hadisələri olub, onun istintaqı təzələnib. Biz qanunla nəzərdə tutulmuş imkanlardan istifadə etməklə həqiqətin tam üzə çıxarılması, həqiqətin bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işləri davam etdiririk. Peşəkarlar bilirlər ki, istintaq belə tez müddət ərzində və tələskənliklə aparıla bilməz. Bütün hallar, bütün faktlar çox diqqətlə yoxlanılmalı, digər sübutlarla müqayisə edilməlidir. Təəssüf ki, bəzi şəxslər bu mövzunu istismar etməyə çalışırlar. Bildi-bilmədi qeyri-peşəkar formada çalışırlar ki, istintaq prosesinə təsir etsinlər. Bu da yolverilməzdir, mümkün də deyil. İstintaqın gedişatı barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar