Gürcüstan prezidenti Rusiyanı  ümumi düşmən   adlandırdı
08 avqust 2023 15:37 (UTC +04:00)

Gürcüstan prezidenti Rusiyanı ümumi düşmən adlandırdı

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ölkədəkilər bir-biri ilə yox, ümumi düşmənlə mübarizə aparmalıdır.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı təcavüzünün başlanmasının 15-ci ildönümü günü Zurabişvili 2008-ci ildə həlak olmuş əsgərlərin dəfn olunduğu Muxatqverdedəki qardaşlıq qəbiristanlığını ziyarət edib.

"Düşmənimiz var, o, ya müharibə ilə, ya da son zamanlar çox nəzərə çarpan yumşaq gücün köməyi ilə vuruşur. Biz burada dəfn olunan insanların mübarizə apardığı müstəqilliyi istəyiriksə, dövlət istəyiriksə, özümüzə gəlməliyik. Ümumi təhlükəmizin harada olduğunu görün”, - prezident deyib.

Zurabişvilinin sözlərinə görə, Rusiya təcavüzkar və işğalçıdır.

"2008-ci il müharibəsindən 15 il keçməsinə baxmayaraq, o, bütün beynəlxalq prinsipləri pozaraq, hələ də ərazimizin 20 faizini işğal altında saxlayır. Gürcüstan Avropa İttifaqı yolunda davam edəcək, öz ərazi bütövlüyünü sülh yolu ilə geri alacaq və sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı qətiyyət nümayiş etdirəcək". Gürcüstan prezidenti əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730
avatar

Oxşar yazılar