Fransız Qvianasının Hərəkat üzvü: Torpaqlarımızın 90 faizi Fransanın işğalı altındadır
06 iyul 2023 10:49 (UTC +04:00)

Fransız Qvianasının Hərəkat üzvü: Torpaqlarımızın 90 faizi Fransanın işğalı altındadır

Fransa təbii resurslarımızı mənimsəyir, torpaqlarımızın 90 faizi Fransanın işğalı altındadır.

Lent.az xəbər verir ki, bu barədə Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçikiyinin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

O deyib ki, məmurlar Fransa tərəfindən təyin olunur, ölkədə sosial iqtisadi durum ağırıdr, 30 faiz işsizlik var.

O, həmçinin təmsil etdiyi hərəkatın fəaliyyəti və hədəfləri barədə konfrans iştirakçılarını məlumatlandırıb. Bildirib ki, təmsil etdiyi hərəkat QH yanında müşahidəçi status üçün müraciət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Oxşar yazılar