“Ermənistandan müsbət xəbərlər alırıq” -  İlham Əliyev
25 yanvar 2022 15:01 (UTC +04:00)

“Ermənistandan müsbət xəbərlər alırıq” - İlham Əliyev

“Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq”.

Lent.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev yanvarın 25-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır: “Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”.

# 2739
avatar

Oxşar yazılar