Ermənistan BMT-də fiaskoya uğradı
17 avqust 2023 02:10 (UTC +04:00)

Ermənistan BMT-də fiaskoya uğradı

BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanın Qarabağ bölgəsində vəziyyətə dair müzakiərələr olub.

Lent.az xəbər verir ki, müzakirələrdə TŞ-nin daimi və müvəqqəti üzvləri, BMT nümayəndələri, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təmsilçiləri çıxış ediblər.

Çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirib, tərəflərə müəyyən çağırışlar edib, təkliflər səsləndiriblər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əlyev çıxışında Qarabağda yaşayan erməni əhalinin 'blokada"da olması, eləcə də aclıqla üzləşməsi barədə Ermənistanın əsassız iddialarını faktlarla alt-üst edib. Yaşar Əliyev Ermənistanın bu məsələnin müzakirə olunması üçün BMT TŞ-yə müraciətinin yersiz olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

BMT TŞ-də müzakirələr Ermənistan diplomatiyasının tam iflası ilə nəticələnib.

Erməninistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qalıb - iclas iştirakçıları toplaşıb, söhbətləşib, dağılışıblar.

Bu müzakirələri Ermənistanın fiaskosu, xarici işlər naziri Ararat Mirzoyanın və ümumilikdə Ermənistan diplomatiyasının məğlubiyyəti adlandırmaq olar.

Ermənistanla yanaşı, onun havadarları, xüsusən də Fransa bu müzakirələrdən istədiyini ala bilmədi.
Bu, Fransa ilə Ermənistanın artıq ikinci iflasıdır – ötən ilin dekabrında da məsələnin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu.
Budəfəki müzakirələr zamanı da ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib və Ağdam-Bərdə yolundan istifadəni vacib sayıb, Azərbaycanın yerində vəziyətə nəzarət etməsi faktını - reallıqları qəbul edib.

Bir daha təsdiq olundu ki, Yaşar Əliyevin də dediyi kimi, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır.

Bu müzakirələrdən çıxan nəticə isə budur ki, Ermənistan növbəti məğlubiyyəti ilə barışmalı olacaq. Qarabağda yaşayan erməni əhali isə anlamalıdır ki, başqa yol yoxdur - Azərbaycanın şərtləri əsasanda danışıqlara getməldiilr.

Bu müzakirələr Azərbaycan doplomatiyasının gücünü də bir daha göstərmiş oldu.

Bir daha təsdiq olundu ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir, Azərbaycan beynəlxalq səviyyədə böyük nüfuza malikdir.

# 3093
avatar

Oxşar yazılar