Ermənilərin kəşfiyyata göndərdiyi kvadrokopter ələ keçirildi - FOTO
26 noyabr 2022 12:50 (UTC +04:00)

Ermənilərin kəşfiyyata göndərdiyi kvadrokopter ələ keçirildi - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

# 2607
avatar

Oxşar yazılar