Ermənilərdən Tbilisi-Bakı təyyarəsinə TƏXRİBAT
19 sentyabr 2023 09:59 (UTC +04:00)

Ermənilərdən Tbilisi-Bakı təyyarəsinə TƏXRİBAT

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4038
avatar

Oxşar yazılar