Ermənilər Gədəbəyi  atəşə tutdu  -  RƏSMİ
10 iyul 2021 12:05 (UTC +04:00)

Ermənilər Gədəbəyi atəşə tutdu - RƏSMİ

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

# 3627
avatar

Oxşar yazılar