Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda keçirilən sammitdə Ukraynada “qanın tökülməsinə son qoymağa” çağırıb. Konfransda Rusiyanın prezidenti Vladimir Putin də iştirak edib.
Lent.az bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Hər birimiz Ukrayna böhranının regional və qlobal təsirini yaşayırıq... Yerlərdə bu çətinliklərə baxmayaraq, bizim prioritetimiz qan tökülməsinə tez bir zamanda son qoymaqdır”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan və Putin hazırda Qazaxıstanın paytaxtında keçirilən Asiyada əməkdaşlıq və etimad tədbirlərinə dair sammit çərçivəsində ikitərəfli görüş keçirməyi planlaşdırır.
Bildiyiniz kimi, daha əvvəl Ərdoğan Ukrayna məsələsinin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.