Ərdoğana Qarabağ atı hədiyyə edildi-CIDIR DÜZÜNDƏ
15 iyun 2021 19:52 (UTC +04:00)

Ərdoğana Qarabağ atı hədiyyə edildi-CIDIR DÜZÜNDƏ

 

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

Lent.az-ın məlumatına görə, “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

# 3489
avatar

Oxşar yazılar