“Bosfor” boğazından yan keçərək yeni “İstanbul” kanalının inşasının başlanılması iyun ayının sonuna planlaşdırılır”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi “Twitter” səhifəsində bildirib.
“İyun ayının sonlarında bir yerdə “İstanbul” kanalının bünövbəsinin ilk daşını atacağıq.
Əlbəttə ki, bu meqalayihədən narahat olanlar var. Ancaq bu bizi dayandırmayacaq”, deyə Ərdoğan qeyd edib.