Əfqanıstanın paytaxtı Kabil Beynəlxalq Hava Limanında xidmət edən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı qrupu bu gün vətənə qayıdıb.
Lent.az xəbər verir ki, NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən hərbçilərimizi Ankaradan gətirən təyyarə Bakıya eniş edib.
Sülhməramlılarımız hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qarşılanma mərasimində Müadafiə Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak edib.
Qeyd edək ki, 2002-ci il noyabrın 20-dən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.