Əflatun Amaşov Əvəz Zeynallının həbsindən  YAZDI
12 sentyabr 2022 15:43 (UTC +04:00)

Əflatun Amaşov Əvəz Zeynallının həbsindən YAZDI

"Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq".

Lent.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün "Facebook" səhifəsində yazıb.

Onun fikrincə, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq: "Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.

Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib: “Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.

# 2451
avatar

Oxşar yazılar