Düşmən Naxçıvan istiqamətində mövqelərimizi yenidən atəşə tutdu
09 avqust 2021 23:00 (UTC +04:00)

Düşmən Naxçıvan istiqamətində mövqelərimizi yenidən atəşə tutdu

Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə məlumatı üdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3402
avatar

Oxşar yazılar