Düşmən Kəlbəcəri yenidən atəşə tutdu
17 iyun 2023 18:20 (UTC +04:00)

Düşmən Kəlbəcəri yenidən atəşə tutdu

İyunun 17-si saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

# 2028
avatar

Oxşar yazılar