Deputatdan məmurlara sərt  MESAJ
08 iyun 2021 12:24 (UTC +04:00)

Deputatdan məmurlara sərt MESAJ

“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır: “Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırmısınız, daha qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir, seçicilərim müəyyən edir. Seçicim mənə müraciət edir ki, I Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var, amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq, niyə baxılmır? Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inansın”.

Deputat Göytəpə arxeoloji parkının qurulmamasından da şikayət edib: “Halbuki bununla bağlı Prezidentin sərəncamı var.”

Deputat bildirib ki, dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir: “Deputatla danışanda üslüblarına diqqət etsinlər. Bundan sonra onların adlarını da çəkəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18