“Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insan var, çoxlu sayda müraciətlər alırıq”.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Onun sözlərinə görə, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin bahalığından şikayətlənirlər: “Azərbaycandan da Türkiyəyə biletlər də bahadır. Mən buradan AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın”.