Bu yay hər ikisi üçün  həlledici olacaq   – PROQNOZ
18 iyul 2023 18:46 (UTC +04:00)

Bu yay hər ikisi üçün həlledici olacaq – PROQNOZ

Qərb mətbuatı yazır ki, yay əks-hücumunun nəticələri əsasən müharibənin sonrakı gedişatını müəyyən edəcək.

Bu yay Rusiya və Ukrayna arasında müharibənin nəticəsi və iki ölkə prezidentlərinin - Vladimir Putin və Vladimir Zelenskinin gələcək taleyi üçün həlledicidir.

Lent.az bildirir ki, bu barədə “Bloomberg” yazır.

Beləliklə, Rusiya lideri 17 aylıq müharibədən sonra birdən-birə elə vəziyyətə düşüb ki, “Vaqner” muzdlularının üsyanından sonra ölkədə daxili təhlükəsizliklə bağlı narahatlıq keçirməli olub.

Rusiyanın müharibədə məğlub olacağından getdikcə daha çox qorxan rus elitasının aşkar narazılığı fonunda bəzi yüksək səviyyəli generallar gözdən itib. İndi xüsusi xidmət orqanları Rusiyanın müdafiə nazirini və Baş Qərargah rəisini vəzifəsindən uzaqlaşdırmağı hədəfləyən muzdluların liderinin üsyanında iştirak edib-etmədiklərini araşdırır.

“Krımda Putinin flaqman körpüsünə ziyan vuran, Rusiyanın Ukraynanı günahlandırdığı partlayışlar ümidsizlik hissini daha da artırır və Qara dənizlə daşınan taxıl müqaviləsinin iflası əlavə gərginlik yaradır”, - “Bloomberg” yazır.

Bununla yanaşı, nəşr yazır ki, Ukrayna rəhbərliyi üçün də vəziyyət ağırdır.

"Zelenski bilir ki, payıza qədər Kiyevin beynəlxalq müttəfiqləri tərəfindən təchiz edilmiş milyardlarla dollarlıq silah və hazırlıqdan sonra Ukraynanın şərqində və cənubunda yavaş-yavaş və çətinliklə irəliləyən hərbi əks-hücumda əhəmiyyətli bir şey nümayiş etdirməli olacaq", - məqalədə vurğulanır.

"ABŞ prezidenti Co Bayden Rusiyanın iqtisadi və siyasi itkilərinin Putinin" artıq müharibəni uduzduğunu" ifadə etsə də, Ukrayna bilir ki, yalnız döyüş uğurları ona ərazini geri qaytarmağa və münaqişəyə son qoymaq üçün gələcək danışıqlarda mövqeyini möhkəmləndirməyə kömək edəcək", – nəşrin müəllifləri iddia edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Oxşar yazılar