Bu şəhid anaları Azərbaycan vətəndaşlığını qəbul etdilər
30 dekabr 2020 11:59 (UTC +04:00)

Bu şəhid anaları Azərbaycan vətəndaşlığını qəbul etdilər

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bu şəxslər 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır: "Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildiririk. Allah rəhmət eləsin!". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5406
avatar

Oxşar yazılar