Bu dəfə eyni dairədən Sabir Rüstəmxanlı  yox, həyat yoldaşı namizəd oldu
17 iyul 2024 14:08 (UTC +04:00)

Bu dəfə eyni dairədən Sabir Rüstəmxanlı yox, həyat yoldaşı namizəd oldu

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox yeniliklərin olacağı gözlənilir. Seçki nəticəsində yeni simaların da parlamentdə təmsil olunacağı istisna edilmir. Bu şəxslərdən biri də ictimai-siyasi xadim, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının olacağı iddia edilir.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Tənzilə Rüstəmxanlı xəbəri təsdiq edib.

O, namizədliyini irəli sürdüyünü bildirib:

“Bəli, bu il Neftçala rayonu 61 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yəqin ki, imza vərəqlərini sabah götürərəm. Bundan sonra artıq imza toplamağa başlayacağam”.

Qeyd edək ki, həmin dairənin hazlrkı deputatı Tənzilə Rüstəmxanlının həyat yoldaşı Sabir Rüstəmxanlıdır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3453
avatar

Oxşar yazılar