Vəzifəsindən istefa verdiyini elan edən Böyük Britaniyanın hazırkı baş naziri Liz Trass sələfləri arasında ən az hakimiyyətdə qalması ilə tarixə düşəcək.
Lent.az bildirir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Trass 44 gün hakimiyyətdə olub. Bundan əvvəl baş nazir postunda günlərin sayına görə antirekord Corc Kanninqə məxsus idi - o, 119 gün vəzifədə qalıb. 1827-ci il aprelin 12-də vəzifəsinin icrasına başlayıb və avqustun 8-də ölüb.