Bayden kimi  "dünyanın ən təhlükəli insanı"   hesab edir?
05 aprel 2022 19:34 (UTC +04:00)

Bayden kimi "dünyanın ən təhlükəli insanı" hesab edir?

ABŞ prezidenti Co Bayden media maqnatı və “Fox Corp”un qurucusu Rupert Merdoku "dünyanın ən təhlükəli adamı" adlandırıb.

Lent.az bu barədə “New York Times”ın jurnalistləri Conatan Martin və Aleksandrr Bernsin may ayında çıxacaq “Bu keçməyəcək: Tramp, Bayden və Amerikanın gələcəyi üçün döyüş” kitabında deyilir.

Müəlliflərin yazdığı kimi, Bayden “Fox News”u ABŞ-ın ən dağıdıcı qüvvələrindən biri kimi qiymətləndirib”. Kitabda yazılanaa görə, 2021-ci ilin ortalarında Bayden adı açıqlanmayan əməkdaşına Merdokun “dünyanın ən təhlükəli insanı” olduğunu deyib.

Kitabda “Fox News” "peyvənd skeptisizmini alovlandıran və 6 yanvar hücumu (yanvar 2021-ci il Kapitoliya iğtişaşları – red.) ilə bağlı vəhşi sui-qəsd nəzəriyyələrini yayan anti-Bayden proqramlaşdırma seli" kimi təsvir edilir.

“Lakin Bayden heç vaxt Merdok haqqında açıq danışmayıb. Beləliklə, qeyd edilən epizod səs-küy yarada bilər”, - CNN qeyd edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar