Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin 50 il müddətinə Rusiya ərazisinə girişinə qadağa qoyulması haqqında qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.
“Bu gün Qazaxıstan vətəndaşı Kuat Axmetov və Azərbaycan vətəndaşı İsfəndiyar Vahabzadənin 50 il müddətinə Rusiya Federasiyasına girməsinə icazə verilməməsi ilə bağlı qərarlar qəbul edilib”, deyə nazirlikdən bildirilib.
O da vurğulanıb ki, Rusiyaya, onun vətəndaşlarına və xaricdə yaşayan həmvətənlərinə qarşı arzuolunmaz hərəkətlərə çağırış edən əcnəbi vətəndaşlar ictimai asayişi və təhlükəsizliyi təhdid edə biləcəyi üçün ölkəyə buraxılmayacaq.