Azərbaycanda dövlət qurumunun rəhbərinə şiddətli töhmət  verildi
05 oktyabr 2024 14:24 (UTC +04:00)

Azərbaycanda dövlət qurumunun rəhbərinə şiddətli töhmət verildi

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3522
avatar

Oxşar yazılar