Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib.
Lent.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, deputat Tahir Kərimlidən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.
Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.