Azərbaycan XİN: Fransaya getməyin
01 iyul 2023 20:56 (UTC +04:00)

Azərbaycan XİN: Fransaya getməyin

Azərbaycan XİN Fransada baş verən iğtişaşlar ilə əlaqədar xəbərdarlıq edib. 

Lent.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir:

Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
 
Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
 
Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
 
ÜNVAN: 78, avenue d'Iéna Paris 75116
TEL:    +33 (0) 1 44 18 60 20
FAKS: +33 (0) 1 44 18 60 25  
E-MAIL: [email protected]
[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Oxşar yazılar