Azərbaycan Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
24 aprel 2021 21:46 (UTC +04:00)

Azərbaycan Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Azərbaycan və Türkiyə prezidentləri Baydenin səsləndirdiyi qondarma “erməni soyqırımı” ifadəsini QINADI

Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3397

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18