Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub
06 sentyabr 2021 16:24 (UTC +04:00)

Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.

# 2037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar