Azərbaycan hərəkətə keçsə də, Ermənistan öhdəliyi yerinə yetirmir 
22 aprel 2022 19:15 (UTC +04:00)

Azərbaycan hərəkətə keçsə də, Ermənistan öhdəliyi yerinə yetirmir 

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında kommunikasiyaların açılması üçün Ermənistan tərəfi hələ də koordinatları vermir. 

Lent.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bununla bağlı münasibət bildirib.

Onun sözlərinə görə, ilk növbədə üçtərəfli bəyanata baxmalıyıq: 

“Bəyanatın 9-cu bəndində qeyd olunur ki, Ermənistan maneəsiz şəkildə həmin ərazi boyunca nəqliyyat vasitələrinin keçidini təmin etməlidir və bununla bağlı öz üzərinə öhdəlik götürüb. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu günə kimi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmir. Ona görə də Azərbaycan tərəfindən hər fürsətdə bu məsələ qaldırılır. Çünki bu, üçtərəfli bəyanata əsasən, Ermənistan üzərinə düşən öhdəlikdir. Müxtəlif platformalarda da israrlı şəkildə Azərbaycan tərəfindən bu məsələ qaldırılır”.

Qeyd edək ki, Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. 

Xatırladaq ki, fevralın 14-də Prezident İlham Əliyevin Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da sözügedən bəyanatın 9-cu maddəsinin icrasına yönəlik addım idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Rəşad Sarıyev

Oxşar yazılar