Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
05 iyun 2021 13:20 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev

"Azərbaycan əsgərləri ilə çiyin-çiyinə medianın da rəşadətini gördük” - Prezidentin köməkçisi

 

"Onların gördüyü işin böyük dəyəri var. Bu dəyər ondan ibarətdir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliyi sənədləşdirirdilər. Qarış-qarış, addım-addım bütün kəndlərimizi, şəhərlərimizi gəzirdilər".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

www.carlsberg.com

Learn more

H. Hacıyev deyib ki, bu işin dəyəri bu gün, 100 ildən sonra da vacibdir: "Çünki onlar gələcək nəsillərə Azərbaycan xalqının salnaməsini yaradırdılar. “Azərtac”, Azərbaycan Televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi barədə müraciətlər olduğu təqdirdə belə geri qayıtmırdılar. Bu işi böyük əzmlə, rəşadətlə, elə böyük həvəslə yerinə yetirirdilər. Amma yenə də mənfur ermənilər tərəfindən xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah rəhmət eləsin. Bu, eyni zamanda Azərbaycan jurnalistikası, mediası üçün də böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan jurnalistlərinin, mediasının da rəşadətini gördük. Onlar ön cəbhədə idilər, ermənilərin vəhşiliyini fotolara, videolara çəkərək bütün dünya ictimaiyyətinə çatdırırdılar. Qardaşlarımızın gördüyü iş də bu prosesin tərkib hissəsi idi. Bu, həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir. Bütün beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu hadisə, bu vandalizm, bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Bir daha möhtərəm cənab Prezidentin başsağlığını çatdırmaq istərdim. Allah səbir versin, qəbirləri nurla dolsun".

# 2265
avatar

Oxşar yazılar