Azərbaycan 6 ermənini ölkəsinə qaytardı - YENİLƏNİB
29 dekabr 2021 17:55 (UTC +04:00)

Azərbaycan 6 ermənini ölkəsinə qaytardı - YENİLƏNİB

Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Lent.az-a verilən xəbərə görə, həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır. Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir. 

Bildiririk ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.

***

saat 16:41

Bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Lent.az-a verilən xəbərə görə, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. 

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.

# 3198
avatar

Oxşar yazılar