Hikmət Hacıyev
06 noyabr 2021 10:29 (UTC +04:00)

Hikmət Hacıyev

"Azərbaycan 4 min insanın taleyi ilə bağlı Ermənistandan cavab gözləyir" - Hikmət Hacıyev


“Cənubi Qafqazda vəziyyət dəyişib. İşğal Ermənistanın iqtisadi potensialını, müstəqilliyini azaltdı. Ölkədən miqrasiya da bunun nəticəsidir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Ermənistan qonşu ölkələrə ərazi iddialarına son qoysa, bu, son nəticədə Ermənistanın inkişafına gətirib çıxaracaq: “Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddialarına son qoymalıdır. Ermənistan strateji baxışını dəyişsə, bu, Ermənistanın özünün xeyrinə olacaq. Cənubi Qafqaz kiçik bir bazardır və Ermənistan da potensialından istifadə etməsi üçün qonşularla normal münasibət qurmalıdır. Ermənistanda keçirilən son parlament seçkiləri bu ölkənin əhalisinin düşmənçilik siyasətini dəstəkləmədiyini göstərdi. Müharibədə məğlubiyyətə baxmayaraq Nikol Paşinyan yenidən seçkilərdə qalib gəldi, Robert Köçəryan məğlubiyyətlə üzləşdi”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dənizə çıxışı yoxdur: “Ermənistan Zəngəzur dəhlizi ilə dənizlərə çıxış əldə edə bilər. Erməni diasporu bu problemlərin yaranmasında çox böyük rol oynayır. Erməni diasporunun nümayəndələri Parisdə, digər şəhərlərdə zəngin həyat yaşayır, ancaq Ermənistanın durumu fərqlidir”.

H.Hacıyev Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifinin cavabını gözlədiyini bildirib: “Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlı itkin düşüb. Azərbaycan bu insanların taleyi ilə bağlı Ermənistandan cavab gözləyir. Digər tərəfdən, işğaldan azad edilən ərazilər minalanıb. İndiyə qədər verilən mina xəritələri yalnız 25 faiz dəqiq olub”.

Prezidentin köməkçisi Ermənistanın revanşist siyasətinin Ermənistanın özü üçün faciələrə yol aça biləcəyini vurğulayıb.

# 3081
avatar

Oxşar yazılar

Türkiyədəki zəlzələdə bir  Azərbaycan vətəndaşı ölüb   - RƏSMİ

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı ölüb - RƏSMİ

7 fevral 2023 , 18:47
Azərbaycandan Ermənistana sülh razılaşması ilə bağlı növbəti TƏKLİFLƏR

Azərbaycandan Ermənistana sülh razılaşması ilə bağlı növbəti TƏKLİFLƏR

7 fevral 2023 , 15:29
Ordumuzun döyüşə hazırlığı yoxlanıldı - VİDEO

Ordumuzun döyüşə hazırlığı yoxlanıldı - VİDEO

7 fevral 2023 , 11:05
Media reyestrinə etiraz edənlər:  onlar nə istəyirlər?

Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?

6 fevral 2023 , 19:19
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun TAM TƏFƏRRÜATI  -VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun TAM TƏFƏRRÜATI -VİDEO

6 fevral 2023 , 16:38
Mətbuat xidməti əməkdaşları  jurnalist hesab edilmirlər   - RƏSMİ

Mətbuat xidməti əməkdaşları jurnalist hesab edilmirlər - RƏSMİ

6 fevral 2023 , 16:11
Azərbaycanlı tanınmışlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

Azərbaycanlı tanınmışlardan zəlzələ ilə bağlı paylaşım - FOTO

6 fevral 2023 , 14:29
Kler Fransisk, britaniyalı səyyah

Səyyah: İstisunu gördüm, vanna qəbul etmək istərdim

5 fevral 2023 , 12:10