Amerikalıların yarısı  demokratiyanın   vəziyyətindən narazıdır
16 iyul 2023 13:47 (UTC +04:00)

Amerikalıların yarısı demokratiyanın vəziyyətindən narazıdır

 “Associated Press” agentliyinin NORC ilə birgə keçirdiyi sorğunun nəticələrinə görə, sorğuda iştirak edən amerikalıların demək olar ki, yarısı ABŞ dövlət qurumlarının lazım olduğu kimi işləmədiyinə inanır. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, respondentlərin 49 faizi ölkədə demokratik dəyərlərin yaxşı olmadığı qənaətindədir.

Sorğuda iştirak edənlərin daha 10 faizi demokratiyanın kifayət qədər və ya çox yaxşı işlədiyini, 40 faizi isə yalnız qismən yaxşı işlədiyini düşünür.

Respondentlərin 53 faizi Konqresin demokratik dəyərləri qorumaq vəzifəsinin öhdəsindən gəlmədiyini, 16 faizi isə əks mövqedə olduğunu düşünür.

Respondentlərin təxminən yarısı hesab edir ki, həm respublikaçılar, həm də demokratlar ABŞ-da demokratik sistemi qoruyub saxlaya bilmirlər: xüsusən də respondentlərin 47 faizi Demokratlar, 56 faizi isə Respublikaçılar Partiyası haqqında belə fikirdədir.

Respondentlərin 53 faizi hesab edir ki, “onlar kimi” amerikalılar ABŞ hökumətində təmsil olunmur, 12 faizi Amerikanın siyasi institutlarında populyar təmsilçilikdən razıdır, 35 faizi isə təmsilçilik səviyyəsinin orta səviyyədə olduğunu düşünür.

Respondentlərin üçdə ikisi hakimiyyətin immiqrasiya, büdcə xərcləri, silah sahibliyi, abort, yarıdan çoxu səhiyyə və ətraf mühit məsələləri, təxminən yarısı iqtisadi məsələlərlə bağlı siyasətdən narazıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Oxşar yazılar