İrandan separatçıların Qarabağdakı seçkilərinə etiraz - GƏRGİNLİYİ ARTIRA BİLƏR
31 mart 2020 11:25 (UTC +04:00)

İrandan separatçıların Qarabağdakı seçkilərinə etiraz - GƏRGİNLİYİ ARTIRA BİLƏR

İran Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən saxta seçkilərin Qarabağ məsələsinin həllini çətinləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin sözçüsü Abbas Musəvi Dağlıq Qarabağ bölgəsində keçirilən saxta prezident və parlament seçkiləri ilə bağlı yazılı açıqlama yayıb: “Hər ikisi qonşumuz olan Azərbaycan və Ermənistan arasındakı problemlərin həllini çətinləşdirən hər hansı bir cəhddən çəkinmək lazım olduğuna inanırıq”.

Seçkilərin bölgədəki gərginliyi artıra biləcəyinə işarə edən Musəvinin sözlərinə görə, İran bölgədə gərginliyi və anlaşılmazlığı artıran hər cür addıma qarşıdır.

O, Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həllinin önəmini də vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766
avatar

Aygün İbrahimli

Oxşar yazılar