Gəncə hadisəsinə sevinən erməni həkim prokurorluğa verildi - RƏSMİ
14 oktyabr 2020 09:31 (UTC +04:00)

Gəncə hadisəsinə sevinən erməni həkim prokurorluğa verildi - RƏSMİ

Məlum olduğu kimi, işğalçı Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2 radələrində Gəncə şəhərindı mülki əhalinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub. Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı binaya düşüb. Nəticədə 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı uşaq olmaqla, 34 nəfər yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı, Sankt-Peterburq Dövlət Büdcə Səhiyyə Təşkilatı "Nikolayevskaya Xəstəxanası"nda ultrasəs həkimi işləyən Marqaryan Ekaterina Muşeqovna sosial şəbəkələrdə paylaşım edərək, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədib və dinc əhalinin xəsarət almasına sevincini ifadə edib.

Buna etiraz əlaməti olaraq, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Azərbaycan milli-mədəni muxtariyyəti”nin Gənclər İttifaqının sədri Elman Manafov adı çəkilən tibb müəssisəsinin rəhbərliyinə yazılı müraciət göndərərək, yuxarıda qeyd edilən həkimin hərəkətlərindən ölçü götürülməsini tələb edib.

Xəstəxana rəhbərliyi “Azərbaycan milli-mədəni muxtariyyəti”nin Gənclər İttifaqına cavab məktubu ilə bildirib ki, hadisəni qətiyyətlə pisləyir və bu cür hadisələri yol verilməz hesab edir.

Məsələnin araşdırılması və Marqaryan Ekaterina Muşeqovnanın hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə xəstəxanadan Sankt-Peterburq şəhərinin Petrodvorets rayon prokurorluğuna rəsmi müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar