Çiy siyasƏT dəllalları - REPLİKA
29 oktyabr 2020 18:10 (UTC +04:00)

Çiy siyasƏT dəllalları - REPLİKA

Azərbaycanın biznes mühitində kifayət qədər xarici brendlər var ki, çox sərbəst şəkildə fəaliyyət göstərir. Eyni zamanda, onların normal mənfəət, qazanc əldə etməsi üçün ölkədə şəffaf biznes mühiti də formalaşıb. Bəli, bu sağlam mühitdən sui-istifadə edib “qazancına haram qatanlar” da var. 

Məsələn, mənşəyi bilinməyən malların millətə sırınması, fabrikatların maya dəyərindən qat-qat baha qiymətə satılması və s. Bu barədə mətbuatda çox sayda araşdırmalar dərc edilsə də həmin hazıra-nazir xarici şirkət rəhbərləri, yaxud sözçüləri dolayısı ilə müxtəlif  “arqumentlər” gətirərək, mövzudan yayınıblar. 

Olsun, buna da göz yummağı “bacarırıq”... Lakin söhbət ümummilli, xalqın iradəsinə, milli heysiyyata toxunulası məqamdan gedirsə, burda güzəştə yer qalmır.

Qida sektorunda “bərkimiş” şirkətlərdən bir neçəsinin adlarını çəkməli olduq - necə deyərlər, özləri istədilər:  “McDonald's”, “PAPA JON`S”, “Burger KİNG” və s. 

Uşaqdan böyüyə sevə-sevə təamlarını üzü astarından baha aldığımız bu şirkətlərin bizə sevgisi isə sən demə, sözün əsl mənasında dırnaqarası imiş. 

Təbii ki, “Marketinqin əsasları”nda istehlakçının sevgisini qazanmaq olduqca vacib amillərdən hesab olunur – bu sevgini isə itirmək həmin şirkətin, brendin süquta uğraması anlamına gəlir. Deyən lazım, sizin axı nəyiniz əskikdir ki, siyasətə də baş vurursuz... Özü də “çiy siyasət”ə... 

Ola bilər ki, adıçəkilən brend şirkətlər hansısa nəzəriyyəni oxuyub nəticə çıxarıblar ki, ən güclü siyasət ən güclü iqtisadiyyatdan doğur, ancaq udublar ki, kimlərinsə əlində alət olmaqla nə qədər sərmayəyə, iqtisadiyyata malik olursan-ol, siyasətin uğursuz alınar!

Bir də... Gerçəklər indi üzə çıxır – ordusu olduğu kimi, erməninin lobbisi də Azərbaycan xalqından güclü deyil!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390
avatar

Rəşad Sarıyev

Oxşar yazılar