Baş prokurordan “Human Rights Watch”a CAVAB
30 oktyabr 2020 15:12 (UTC +04:00)

Baş prokurordan “Human Rights Watch”a CAVAB

“Human Rights Watch”un hesabatında deyilir ki, Baş Prokurorluğun bəyanatında Bərdədə 21 nəfər öldüyü, 70 nəfərin yaralandığı bilddirilir, amma prokurorluğun bəyanatından aydın deyil ki, bunların hamısı raket zərbələrindənmi ölub”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror “Human Rights Watch”a cavab verib: “Məhz raket zərbələri nəticəsində bu insanlar ölüb, yaralanıb. Ya həmin raketlərin qəlpələrindən, ya da raketin zərbəsi nəticəsində uçan evlərin dağıntıları altında qalıb ölənlər var. Məhkəmə-tibbi ekspertiza nəticəsində bu ölümlərin səbəbləri aydınlaşdırılıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1399
avatar

Oxşar yazılar