"İndiyəqədər Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) 710 nəfərlik heyət, 93 texnika, bir ədəd helikopter və bir ədəd amfibiya təyyarəsi qardaş Türkiyəyə göndərilib".
Bu sözləri APA-nın Türkiyəyə ezam olunan müxbirinə açıqlamasında FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.
O bildirib ki, hazırda buraya cəlb olunan şəxsi heyət və texnikalar qardaş ölkədə baş verən yanğınların söndürülməsinə cəlb edilib.