Müqəddəs məkanın keşikçiləri - ARAŞDIRMA
0
0
Tarix boyu əsas müharibələr də məhz sərhədlərin pozulması ilə bağlı baş verib.
Azərbaycan da daxil olmaqla qədim dövlətçilik ənənələrinə, hərb tarixinə malik türkdilli xalqlarda dövlət sərhədlərinin toxunulmazlığı, müqəddəsliyi özünəməxsus məna kəsb edib. Türkdilli xalqlarda sərhəd mühafizəsinə dair ilk yazılı məlumatlar böyük hun xaqanı Metenin dövrünə təsadüf edir. Çin yazılı mənbələri köçəri olmalarına baxmayaraq hunların dövlətin sərhədlərini özünəməxsus şəkildə mühafizə etdiklərini yazırlar. Digər qonşu ölkələrdən fərqli olaraq hunların sərhəd istehkamları olmasa da, dövlət sərhədlərinin mühafizəsi həmin bölgələrdə yerləşən tayfalara həvalə edilirmiş.
Azərbaycan tarixində isə sərhəd mühafizəsinə dair ən qədim məlumatlara kökü mifoloji dünyagörüşünə gedib çıxan “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlinir. Dastanda baş verən hadisələr isə islamiyyətdən öncəki dövrlərə - ilkin orta əsrlərə təsadüf edir. Bu mənbədə cərəyan edən hadisələrə istinad etməklə, Azərbaycan sərhəd mühafizəsinin tarixinin 1500 ildən artıq bir dövrə dayandığını demək olar.
Qeyd edək ki, Oğuz türklərində dövlət sərhədlərinin mühafizəsi əsasən sərhəd bölgələrdəki bəyliklərə həvalə olunub. Sərhəd mühafizəsinə cavabdeh olan bəylər “Uc bəyi” adlanıb və bir növ indiki sərhəd qarnizonlarının rəisi vəzifəsini icra ediblər. Onlar sərhəd mühafizəsi ilə yanaşı, gömrük, kəşfiyyat və əks-kəşfiyyat kimi fəaliyyətlərə də cavabdehlik daşıyıblar. Hazırda Azərbaycan sərhəd mühafizəsində də müəyyən təzahürlərini qoruyub saxlamış bu sistem oğuz türklərindən Osmanlı imperiyasına ötürülməklə 17-ci əsrə qədər tətbiq olunub.
Azərbaycan ərazisində sərhəd mühafizə obyektlərinin tikintisi də məhz ilkin orta əsrlərə təsadüf edir. O dövrdə Aran bölgəsinə və Atropatena ərazilərinə şimaldan köçəri tayfaların axınının qarşısını almaq məqsədi ilə Sasanilər şimalda xüsusi müdafiə sədləri inşa etdirib. Dərbənd səddi, Beaşbarmaq dağı ilə Xəzər dənizi arasındakı torpaq-kərpic divar və s. bu dövrdə tikilmiş sərhəd istehkamlarından idi.
Tarixinə bağlı inkişaf
Tarix boyu bölünən və hər dəfə torpaq itirən Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini elan etdikdən sonra əsas diqqət ayrılan sahələrdən biri də sərhəd mühafizəsi oldu. Müstəqilliyini elan edər etməz Ermənistan tərəfindən torpaqların 20 faizinin işğal edilməsi həm bölgədə münaqişə, həm də nəzarətsiz sərhədlər problemini ortaya çıxardı. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan-İran dövlət sərhədinin bir hissəsi nəzarətsiz qalıb ki, hazırda bu sahədən transmilli cinayətkar qruplar, narkomafiyalar öz məqsədləri üçün istifadə etməkdədirlər. Nəzarətsiz qalmış 132 kilometrdən artıq Azərbaycan-İran sərhədi bu gün nəinki Azərbaycan, eləcə də Avropa üçün ciddi problemlərin yaranmasında rol oynamaqdadır.
Mübaliğəsiz demək olar ki, yaşadığı müharibə şəraitinə baxmayaraq, ötən illər ərzində rəsmi Bakı İran, Rusiya, Gürcüstanla quru sərhədlərində, eləcə də dəniz sərhədlərinin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirməklə, reallıqda bəzi dövlətlərin uzun illərdir nail ola bilmədiyi inkişaf prosesinə imza atıb. Məhz bu uğurların nəticəsidir ki, NATO, MDB Sərhəd Komandanları Şurası, FRONTEX kimi sərhəd qurumları tərəfindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizəsi sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilir və digər dövlətlərə bu təcrübənin öyrənilməsi təklif olunur.
Azərbaycan sərhəd mühafizəsinin ötən dövrdə qazandığı ən böyük nailiyyətlərin biri dağılmış sərhəd infrastrukturunun yenidən qurulması və bir vaxtlar heç bir sərhəd xətti olmayan Rusiya və Gürcüstanla sərhədin müəyyənləşdirilməsi sayıla bilər. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsinə xüsusi diqqət yetirməyə başladı. Məhz onun diqqəti sayəsində müstəqilliyin ilk illərində İranla sərhəddə dağıdılıb sıradan çıxarılmış sərhəd infrastrukturu yenidən quruldu. Şimal və şimal-qərbdə Rusiya və Gürcüstanda dövlət sərhədlərinin delimitasiyası işlərinə başlandı və bu bölgələrdə yeni sərhəd infrastrukturu, sərhəd qarnizonları, sərhəd komendantlıqları və zastavalar inşa edilməyə başladı.
2005-ci ildən başlanan sərhəd mühafizəsində inkişaf dövrü isə prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin 27 dekabr 2005-ci ildə təsdiq etdiyi «Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair» Dövlət Proqramının icrası nəticəsində sərhəd dəstələrinin texniki imkanları yüksəlib. Sözügedən proqram çərçivəsində 2006-2010-cu illərdə Azərbaycanın quru və dəniz sərhədlərinin mühafizəsi istiqamətində əsaslı işlər həyata keçirilib. Yeni sərhəd qarnizonları, zastavaları yaradılıb. Həmçinin sərhəd dəstələri yeni silah və hərbi texnikalarla təchiz olunub. Bundan başqa, cənubda mövcud sərhəd sistemləri modernizasiya edilib, sərhəd aviasiyası yaradılıb. Bu da nəticədə sərhəd pozuntularının, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz daşınması və s.kimi qanunsuz halların qarşısının vaxtında alınmasına imkan yaradıb. Son illərdə ölkə ərazisində pozuculuq-terror fəaliyyəti göstərmək istəyən onlarla silahlı transmilli cinayətkarın zərərsizləşdirilməsi də bu sahədə atılan addımların nəticəsi hesab oluna bilər. Azərbaycan sərhəd mühafizəsinin digər postsovet ölkələrinin müvafiq qurumlarından fərqli olaraq ötən 5 ildə böyük inkişaf yolu keçdiyini deyən ekspertlərin fikrincə, DSX Rusiya, Ukrayna, Belarus kimi dövlətlərin belə nail ola bilmədiyi, təqdir olunası bir sıra yeniliklərə imza atıb.
Ekspertlər DSX-nın son 5 ildə əldə etdiyi nailiyyətləri aşağıdakı kimi qruplaşdırırlar:
. müstəqil sərhəd mühafizəsinin formalaşdırılması;
. peşəkar heyətə keçid;
. sərhəd mühafizəsində yeni texnologiyaların tətbiqi;
. şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması;
. şəxsi heyət arasında yüksək mənəvi-psixoloji hazırlıq işinin qurulması;
. sərhəd bölgələrində yerli əhali ilə düzgün münasibətlərin qurulması.
Dəniz sərhədlərinin mühafizəsini təşkil etmək məqsədi ilə 2005-ci ildə yaradılmış DSX Sahil Mühafizəsi isə bu gün texniki imkanlarına görə aparıcı dövlətlərin müvafiq qurumları ilə müqayisə olunur. 2009-cu ilin noyabr ayında istifadəyə verilmiş Sahil Mühafizəsinin yeni hərbi bazasında qurulmuş radiolokasiya avadanlıqları, müasir sistemlər Xəzər dənizinin Azərbaycanın milli sektorunda üzən bütün suüstü və sualtı vasitələrin hərəkətinə nəzarət etmək imkanını verir. Sahil Mühafizəsinin texniki imkanları yeni radarların qurulması, cənub və şimal divizionlarının yaradılması, yeni gəmilər hesabına daha da artırılıb. Bu gün Sahil Mühafizəsinin gəmiləri istənilən hava şəraitində fasiləsiz sərhəd mühafizəsini təşkil etməyə imkan verir.
Sahil Mühafizəsinin texniki imkanları ilbəil gücləndirilməkdədir. Azərbaycan Hökumətinin 2010-cu ildəki fəaliyyətinə dair hesabatında yer alan məlumatlara görə, ötən il DSX Türkiyədən 2 yeni itisürətli sərhəd gözətçi kateri alıb. Bundan başqa, son iki il yarım ərzində 4 ədəd irihəcmli (“Neftqaz tipli”) gəmi Sahil Mühafizəsinə qəbul olunub. Xəzər dənizinin Azərbaycan sektorunun şimal hissəsində - Xaçmaz rayonunun Müqtədir qəsəbəsində şimal divizionunun inşasına başlanılıb.
Sərhəd keçilməz!
Müasir ordularda yeni texnologiyaların nə qədər çox tətbiq edilsə də, insan faktoru hələ də öz üstün rolunu saxlamaqdadır. Azərbaycan sərhəd mühafizəsində həm keçmiş, həm də müasir tarixdə bu faktorun daim diqqətə alındığını açıq görmək olur. Bu sahədə keçmiş – tarixi sərhəd ənənələri müasir qaydalarla, hərbi nizamnamələrlə sintez edilərək özünü qoruyub saxlaya bilib. Müqayisə üçün bildirək ki, Oğuz türklərinə aid yazılı mənbələr sərhəd mühafizəsinin sınanmış, yüksək hazırlıqlı şəxslərə həvalə olunduğunu qeyd edirlər. Məsələn, akınçıların timsalında bunu bir daha aydın görmək olur. Sınanmış, seçilmiş, sayı o qədər də böyük olmayan sərhədçi bölmələri ən çətin anda belə mövqelərini tərk etməz, hərbi sirlərini verməz, vətən torpaqları, komandanları uğrunda daim canlarından keçməyə hazır olduqlarını da sübuta yetiriblər. Bu gün şəxsi heyətin hazırlanmasında qeyd olunan ənənələri yaşadan Sərhəd Qoşunlarının digər qoşunlarla müqayisədə spesifikliyi də bundan ibarətdir. Burada şəxsi heyətin hazırlanmasında mənəvi-psixoloji və fiziki hazırlıq daxil olmaqla kompleks hazırlıq metodundan istifadə olunur ki, bu da sərhədçilərin xidmət zamanı qarşılaşdıqları maneələri dəf etmələrində əvəssiz rola malikdir. Başlıcası isə xidmətə başlayan şəxslərə ilk növbədə “sərhədçi ruhu” təlqin olunur. Məhz bunun nəticəsi olaraq, xidməti başa vurduqdan sonra da həmin şəxslər sərhəd mühafizəsində müxtəlif formalarda iştirak edirlər, xüsusi psixoloji hazırlıq mərhələsini keçirlər. Gələcəkdə səhvlərə yol verməmələri üçün gənc sərhədçilərin gözləri önündə sərhədi pozmuş və onlara şərait yaratmış əsgərlərin açıq məhkəməsi təşkil olunur.
Xatırladaq ki, SSRİ dövründə Dövlət Təhlükəsizlik Komitəsinin, müstəqillik dövründə isə 2002-ci ilin ortalarınadək Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan Sərhəd Qoşunlarında xidmətə çağırışçılar xüsusi seçim əsasında yığılıb. Sərhəd Qoşunlarında xidmətə qəbul olunan şəxslərin tərcümeyi-halına daha çox önəm verilib.
Bu gün isə Sərhəd Qoşunları əsasən mükəlləfiyyətli heyətlə formalaşdırılır. Bu prosesə paralel olaraq müqaviləli heyətə keçid başlanıb və bu prosesin 2015-ci ilədək başa çatdırılması nəzərdə tutulur. Artıq Sahil Mühafizəsində müqaviləli heyətə keçid prosesi tamamlanıb və bu qurumu tam peşəkar adlandırmaq olar.
Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyası bu gün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin edir.
DSX gələcək sərhədçilərin hazırlanmasına da diqqət yetirir. Bu məqsədlə, hər il DSX-nın təşkilatçılığı ilə sərhəd rayonlarından məktəblərin iştirakı ilə “Sərhəd” hərbi oyunları təşkil olunur. Bu oyunlarda qalib gələn komandalar və məktəblilər DSX rəhbərliyi tərəfindən mükafatlandırılır.
Diqqət sosial məsələlərə!
Dövlət sərhəd Xidmətində son 5 ildə əsas diqqət yetirilən məsələlər sırasında şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması yer tutur. Sərhəd dəstələrinin, komendantlıqların və zastavaların açılışları zamanı bunu aydın görmək mümkündür. Ən ucqar ərazilərdə belə açılan yeni zastava komplekslərinin tərkibində sərhədçi zabit və gizirlərin ailələrinin yaşamaları üçün mənzillər inşa olunub. Hər bir şəraitə malik bu mənzillər həmin zastavada xidmət etdiyi dövrdə zabitlərin ailələrinə verilir. Bununla da zabit və gizirlər mənzil axtarmaq, kirayə ödəmək, tez-tez kirayə mənzil dəyişmək problemlərindən xilas olurlar. Son 5 il ərzində DSX-nin bütün hərbi hissələrində 910, o cümlədən təkcə Bakı şəhərində 492 xidməti mənzil istifadəyə verilib.
Prezident İlham Əliyev DSX Akademiyasının açılışı zamanı Sərhəd Qoşunlarında həyata keçirilən sosial tədbirləri yüksək qiymətləndirib: “Mən görürəm ki, ayrılan maliyyə vəsaitindən çox səmərəli şəkildə istifadə olunur. Sərhədçilər üçün, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman qurğuları yaradılır. Yəni bütün bunlar Sərhəd Xidmətinin inkişafına yönələn böyük addımlardır”.
Qeyd edək ki, may ayının 19-da Bakı şəhərində DSX əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksinin istifadəyə verilməsi də bu kateqoriyadan olan tədbirlərdən idi. On iki mərtəbəli, 264 mənzilli bu kompleks 1,6 hektar sahədə yerləşir. İki və üç otaqlı mənzillərdən ibarət kompleksdə sərhədçilərin ailələrinin yaşaması üçün bütün şərait yaradılıb.
Ekspertlərin fikrincə, bu gün gənc zabitlərin böyük əksəriyyətinin DSX-də xidmətə can atmasının başlıca səbəblərindən biri bu qurumda sosial problemlərin həlli sahəsində görülən işlərdir. Sərhədçi zabitlərin xidməti yerlərində mənzillə təminatı, sosial problemlərinin həlli onların xidməti-döyüş fəaliyyətinə müsbət təsir göstərir. DSX-nın həyata keçirdiyi sosial tədbirlər sırasına indiyə qədər mətbuatda yer almayan kimsəsizlər evində böyüyən gənclərin işə qəbulu, şəhid ailələrinin mənzil təminatı, işlə təmin olunması və s. kimi onlarla fəaliyyətlər də daxildir.
Yeni təhdidlərlə qarşı önləm alınır
Bölgədə son illərdə gərginləşən hərbi-siyasi vəziyyət, eləcə də digər dövlətlərin region uğrunda kəskinləşən maraqları yeni təhdidləri meydana çıxarmaqdadır. On il əvvəl yalnız qaçaqmalçılar, təxribatçı-casuslarla və narkotik vasitələrin alverçiləri ilə mübarizə aparan sərhədçilər bu gün xidmət zamanı silahlı cinayətkarlar, radikal dini təmayüllü qruplar, qanunsuz miqrasiya, digər ölkələrdə terror aksiyaları törətmək istəyən və bu məqsədlə Azərbaycan ərazisindən tranzit kimi istifadə etməyə çalışan qüvvələrlə üzləşməli olurlar. Şimal sərhədlərində dini radikal qruplar, terror təşkilatlarının aktivləşməsi, separatçılıq meyilləri müşahidə olunmaqdadır ki, bu da öz növbəsində Azərbaycanın sərhəd təhlükəsizliyi üçün yeni təhdidlər doğurur. Məhz Azərbaycan sərhədçilərinin əzmi və fəaliyyəti nəticəsində ötən 10 il ərzində Hacı Maqamedovun başçılıq etdiyi separatçı dəstə, “Ceyşullah”, “Meşə qardaşları” qruplaşması, “Əl-Qaidə”, Əfqanıstanda Talibanla bağlı olan dini-radikal qruplar və onlarla belə qeyri-qanuni silahlı dəstələrin ölkə ərazisində pozuculuq fəaliyyətinin qarşısı alınaraq zərərsizləşdirilib. Hazırlıq ərəfəsində mümkün təhdidlərin qiymətləndirilməsi səbəbindən bu gün sərhəd xidməti daha keyfiyyətli təşkil olunur və minimum itki ilə daha çox nailiyyət əldə olunur.
Sərhəd mühafizəsində son illərdə əldə olunmuş nailiyyətlər prezident İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. “Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur”, - deyən Ali Baş Komandan bildirib ki, həm texniki vasitələr, həm mühəndis qurğuları, həm də avadanlıq baxımından Dövlət Sərhəd Xidməti ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, avadanlıq, silah-sursat, texnika alınır və təchizat baxımından bizdə heç bir problem yoxdur.
Rəşad Süleymanov
Qeyd: Yazı Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümü münasibəti ilə DSX tərəfindən keçirilmiş müsabiqədə qalib olub