XİN: Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsi terrordur
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.
14 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndində oyuncaq tipli mina tələnin partlaması nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub və onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı xəsarət alıb.
E. Poluxovun sözlərinə görə, parlayıcı qurğunun mənbəyini Ermənistan ərazisində götürən və Əlibəyli kəndindən keçən Tovuz çayında tapılması onu göstərir ki, bu qurğu Ermənistan tərəfindən məhz məqsədyönlü şəkildə və xüsusi təyinatla hazırlanıb: “Həmçinin, partlayıcı qurğunun oyuncaq formasında olması əvvəlcədən hədəfin uşaqlar olmasının və erməni tərəfinin əsl niyyətinin göstəricisidir”.
Diplomat Azərbaycanın Ermənistanın bu çirkinliyini və amansızlığını qətiyyətlə pislədiyini və bu cür əməllərin bu kimi həssas dövrdə tərəflər arasında qarşılıqlı etimadın yaranmasına birbaşa zərbə endirdiyini vurğuladığını deyib: “Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsi terrordan başqa heç cur adlandırmaq mümkün deyil. Erməni tərəfi beynəlxalq qanunvericiliyinin bütün tələblərinə zidd olaraq, dinc əhaliyə, xüsusilə günahsız uşaqlara qarşı dəfələrlə qəddarlıq və amansızlıq nümayiş edərək öz həqiqi sifətlərini bir daha ifşa edib, Xocalı soyqırımının həyata keçirilməsinə göstəriş verən insanlar bu gündə günahsız insanları öldürməyə göstəriş verməkdə davam etdiklərini sübuta yetirib”.
“Azərbaycan dünya ictimaiyyətini minlərlə məsum azərbaycanlı uşaqları qətlə yetirmiş və əlil qoymuş Ermənistanın bu gün də həmin əməllərinin davam etməsini pisləməyə çağırır. Bu kimi əməllər erməni tərəfinə uşaq qatili adından başqa heç bir ad qazandırmır”, - deyə E. Poluxov vurğulayıb.

503