Dövlət müəssisələrinin rəhbərlərinə beynəlxalq danışıqlar aparmaq səlahiyyəti veriləcək
23 iyun 2011 15:41 (UTC +04:00)

Dövlət müəssisələrinin rəhbərlərinə beynəlxalq danışıqlar aparmaq səlahiyyəti veriləcək

Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisdə hazırlanan “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə görə, həmçinin, dövlətə məxsus müəssisələrin rəhbərlərinə beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyəti də veriləcək. Həmin qanunla dövlətə məxsus müəssisələrin üzərinə beynəlxalq müqavilələrlə tənzimlənən və onların səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək öhdəliyi qoyulacaq. Dəyişikliklərin Milli Məclisin sabah keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılması gözlənilir.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar